Polisimizin yeni maşını: heyrətamiz özəllikləri və qiyməti

Ötən ilin dekabr ayında yol polisləri üçün ölkəyə gətirilən son model xidməti avtomobillər artıq istifadəyə verilib. Dünyada ilk dəfə Avstriyada yol polisinə verilən bu cür avtomobillər ikinci partiya olaraq Azərbaycana gətirilib. Yeni gətirilən “Mersedes” markalı avtomobillər yol polislərinin bu günə qədər istifadə etdiyi avtomobillərdən bir çox yeni xüsusiyyətlərinə görə fərqlənir.

Hələlik ölkəyə gətirilən 118 ədəd avtomobilin hamısında yeni ''İ-Patrul'' sistemi quraşdırılıb.

Yol Patrul Xidməti avtomobilinin dayandığı, eləcə də hərəkət etdiyi hallarda fasiləsiz qaydada fəaliyyət göstərmək imkanına malik olan sistem ətrafı 360 dərəcə əhatə edən 9 videonəzarət kamerası ilə təchiz olunub. Sistemin daxilində qarşıdakı beş zolaqda hərəkət edən nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını və sürətlərini avtomatik rejimdə qeydə alan "Radar" quraşdırılıb.

Yeni avtomobillərin digər özəllikləri barədə Axar.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu avtomobillərdə yan istiqamətlərdə ''Nömrətanıma'' və GPS modulu da var. Həmçinin sistemin dayanıqlı daxili kompüter qurğusu bütün proseslərin avtomatlaşdırılmış rejimdə aparılmasına imkan verir.

Ekspert bildirib ki, Yol Patrul Xidmətinin yeni avtomobillərində xüsusi cihaz var ki, avtomobilə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə dayanmış nəqliyyat vasitələrinin də nömrə nişanlarını oxuya bilir. Bu sistem həmçinin nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatları mərkəzi serverdə də arxivləşdirir:

“Məsələn, beş avtomobil yanaşı gedir və bunlardan beşi də sürət həddini aşıb. Əvvəlki sistem bu avtomobillərdən ancaq birini aşkarlaya bilirdi. Yeni gətirilən avtomobillərə quraşdırılan xüsusi sistem həmin avtomobillərin beşini də aşkarlayıb sürücü barəsində inzibati protokol tərtib edə bilir”.

E.Muradlının sözlərinə görə, yeni patrul avtomobilləri oğurluq və ya qaçırılmış avtomobilləri də tez bir zamanda aşkar edir:

“Məsələn, “Niva” markalı avtomobilin nömrəsi “Mersedes” markalı avtomobilə quraşdırılıbsa, polisin yeni avtomobilindəki sistem vasitəsilə onu aşkar etmək mümkündür. Yəni, həmin avtomobil polis avtomobilinin qarşısından keçən zaman bunu müəyyən edəcəklər.

Bundan başqa, sözügedən avtomobillər gecə vaxtı 30 metr məsafədən görünməyən infro-qırmızı işıqlar vasitəsilə digər avtomobillərin nömrələrini oxuya bilir. Görüntünü aydınlaşdırmaq üçün özündən işıq saçır. Bütün bunlar qayda pozan sürücülərin, axtarışda olan nəqliyyat vasitələrinin aşkarlanmasında çox böyük rol oynayacaq”.

Yeni gətirilən avtomobillərin qiymətinə gəlincə, bu, avtomobilin modelinə əsasən dəyişir. Ekspert bildirib ki, qiymətə avtomobilə quraşdırılmış xüsusi avadanlıqlar da təsir edir.

Belə ki, “Mersedes” C-300 modelinin Azərbaycanda satış qiyməti 98 min manatdır. E-450 modelinin qiyməti isə modelin növündən asılı olaraq 120 min manatdan başlayır.

Eyni markanın E-350 və C-43 modelinin qiymətləri isə 100 min manatdan bahadır.

Xatırladaq ki, qiymətlər modellərin özünə aiddir. Bura YPX avtomobillərinə quraşdırılmış xüsusi qurğuların qiyməti daxil deyil.

Qeyd edək ki, ötən ilin 26 dekabr tarixində ölkəyə yol polisi əməkdaşları üçün yeni avtomobillər gətirildi. Avtomobillər 27 dekabr tarixində Prezident İlham Əliyev Polis Akademiyasının yeni tədris binasının açılışında iştirak edərkən təqdim olunub.

Yeni ilin ilk günlərindən etibarən isə avtomobillər mərhələli şəkildə polislərə verilir.Ötən ilin dekabr ayında yol polisləri üçün ölkəyə gətirilən son model xidməti avtomobillər artıq istifadəyə verilib. Dünyada ilk dəfə Avstriyada yol polisinə verilən bu cür avtomobillər ikinci partiya olaraq Azərbaycana gətirilib. Yeni gətirilən “Mersedes” markalı avtomobillər yol polislərinin bu günə qədər istifadə etdiyi avtomobillərdən bir çox yeni xüsusiyyətlərinə görə fərqlənir.

Hələlik ölkəyə gətirilən 118 ədəd avtomobilin hamısında yeni ''İ-Patrul'' sistemi quraşdırılıb.

Yol Patrul Xidməti avtomobilinin dayandığı, eləcə də hərəkət etdiyi hallarda fasiləsiz qaydada fəaliyyət göstərmək imkanına malik olan sistem ətrafı 360 dərəcə əhatə edən 9 videonəzarət kamerası ilə təchiz olunub. Sistemin daxilində qarşıdakı beş zolaqda hərəkət edən nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını və sürətlərini avtomatik rejimdə qeydə alan "Radar" quraşdırılıb.

Yeni avtomobillərin digər özəllikləri barədə Axar.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu avtomobillərdə yan istiqamətlərdə ''Nömrətanıma'' və GPS modulu da var. Həmçinin sistemin dayanıqlı daxili kompüter qurğusu bütün proseslərin avtomatlaşdırılmış rejimdə aparılmasına imkan verir.

Ekspert bildirib ki, Yol Patrul Xidmətinin yeni avtomobillərində xüsusi cihaz var ki, avtomobilə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə dayanmış nəqliyyat vasitələrinin də nömrə nişanlarını oxuya bilir. Bu sistem həmçinin nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatları mərkəzi serverdə də arxivləşdirir:

“Məsələn, beş avtomobil yanaşı gedir və bunlardan beşi də sürət həddini aşıb. Əvvəlki sistem bu avtomobillərdən ancaq birini aşkarlaya bilirdi. Yeni gətirilən avtomobillərə quraşdırılan xüsusi sistem həmin avtomobillərin beşini də aşkarlayıb sürücü barəsində inzibati protokol tərtib edə bilir”.

E.Muradlının sözlərinə görə, yeni patrul avtomobilləri oğurluq və ya qaçırılmış avtomobilləri də tez bir zamanda aşkar edir:

“Məsələn, “Niva” markalı avtomobilin nömrəsi “Mersedes” markalı avtomobilə quraşdırılıbsa, polisin yeni avtomobilindəki sistem vasitəsilə onu aşkar etmək mümkündür. Yəni, həmin avtomobil polis avtomobilinin qarşısından keçən zaman bunu müəyyən edəcəklər.

Bundan başqa, sözügedən avtomobillər gecə vaxtı 30 metr məsafədən görünməyən infro-qırmızı işıqlar vasitəsilə digər avtomobillərin nömrələrini oxuya bilir. Görüntünü aydınlaşdırmaq üçün özündən işıq saçır. Bütün bunlar qayda pozan sürücülərin, axtarışda olan nəqliyyat vasitələrinin aşkarlanmasında çox böyük rol oynayacaq”.

Yeni gətirilən avtomobillərin qiymətinə gəlincə, bu, avtomobilin modelinə əsasən dəyişir. Ekspert bildirib ki, qiymətə avtomobilə quraşdırılmış xüsusi avadanlıqlar da təsir edir.

Belə ki, “Mersedes” C-300 modelinin Azərbaycanda satış qiyməti 98 min manatdır. E-450 modelinin qiyməti isə modelin növündən asılı olaraq 120 min manatdan başlayır.

Eyni markanın E-350 və C-43 modelinin qiymətləri isə 100 min manatdan bahadır.

Xatırladaq ki, qiymətlər modellərin özünə aiddir. Bura YPX avtomobillərinə quraşdırılmış xüsusi qurğuların qiyməti daxil deyil.

Qeyd edək ki, ötən ilin 26 dekabr tarixində ölkəyə yol polisi əməkdaşları üçün yeni avtomobillər gətirildi. Avtomobillər 27 dekabr tarixində Prezident İlham Əliyev Polis Akademiyasının yeni tədris binasının açılışında iştirak edərkən təqdim olunub.

Yeni ilin ilk günlərindən etibarən isə avtomobillər mərhələli şəkildə polislərə verilir.