1000 manata VAZ, 5 minə BMW satılır

Azərbaycanda bir sıra dövlət qurumlarına məxsus avtomobillər hərraca çıxarılacaq.

 

Trend xəbər verir ki, nəqliyyat vasitələrinin hərraca çıxarılma tarixi 4 dekabr 2018-ci ildir.

Avtomobillər arasında "Mercedes", "BMW", "Nissan" kimi markalar var.

Hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı:

S/N

Balanssaxlayıcı müəssisənin adı

Avtonəqliyyat vasitəsinin markası

Buraxılış ili

Start qiyməti

(manatla)

10% beh

(manatla)

1.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Musiqili Teatrı

Mercedes Benz 280

1998

7000

700

2.

Şəki Şəhər İcra Hakimiyyəti

VAZ-2121

1985

1000

100

3.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Lənkəran Şəhər Statistika İdarəsi

VAZ-21043

2006

4000

400

4.

 
 

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Gəncə Şəhər Statistika İdarəsi

 

VAZ-21043

2006

3000

300

5.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qazax rayon Statistika İdarəsi

Nissan Maxima

2002

6000

600

6.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Cəlilabad rayon Statistika İdarəsi

VAZ-2106

2005

1800

180

7.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

BMW 730 Li

(qəzalı vəziyyətdə)

2006

5000

500

8.

Azərbaycan Respublikasının Milli Məclisinin İşlər İdarəsi

Nissan Maxima

2006

4500

450

Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi, 11) və yaxud e-emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 bank günü qalanadək qəbul olunacaq. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar.

 

İstinad mənbəyi: day.az